Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçə bilər.
Belə bir iddia ilə "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib. Həmkarımız instaqramda video paylaşaraq, telefonunda 65 yaşlı mütəxəssisin fotosunu göstərib və onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib. Lakin o, konkret komanda adı çəkməyib.
"Sampnews24.com" iddia edir ki, De Byazi "Sampdoriya"nın baş məşqçisi ola bilər. Çünki bu klubun idman direktoru Karlo Osti daim təcrübəli mütəxəssisin işini bəyənib. Hətta italiyalı baş məşqçi ötən mövsüm bu komandaya rəhbərlik etməyə yaxın olub.
Lakin Di Martsionun sözləri "Fiorentina" və "Spetsiya"ya da şamil edilə bilər. Bu komandalar da hazırda yeni baş məşqçi axtarışındadırlar. Di Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.
Qeyd edək ki, "Sampdoriya"ya ötən mövsüm Klaudio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 9-cu pillədə başa vursa da, Ranyeri müqaviləsini uzatmayıb (Report).
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi