"Qələbə qazanmaq xoşdur. İstəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni davam etdirək. Bu gün futbolçularım həqiqətən böyük xarakter göstərdilər. Çünki çox yorğun qrafikdə oynayırlar".
Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, hansı komanda xarakter göstərdisə, o da qalib gəldi: "Taktiki cəhətdən diqqətli oynadıq. Futbolçularımı təbrik edirəm. Bir qol oyunun taleyini həll etdi. Matçın əvvəlində hər iki komandada epizodlar oldu. Görüşün bəzi vaxtlarında sürət qalxırdı, bəzi vaxtlarında isə düşürdü. Bu da normal idi. Həm "Keşlə", həm də biz kubok oyunu keçirmişik. Həftələr keçsə də, bədəndə yorğunluq qalıb. Bundan sonra vaxtımız var. Hardasa 6 gündən sonra qarşılaşmamız var. Futbolçular istirahət edə biləcəklər".
Abbasov bəzi oyunçuların cəza və zədə səbəbindən meydana çıxa bilmədiyini söyləyib: "Ümid edirəm ki, onlar da qayıdacaq. Çempionatın sonunadək mübarizədən qopmamağa çalışacağıq. Futbolçularımız ilk turdan bu günədək uğur qazanmağa layiqdirlər. Amma qismətdə nə varsa, o da olacaq. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq".
Baş məşqçi Cabir Əmirlinin meydana daxil olduqdan sonra komandasına penalti qazandırmasına da toxunub: "Cabir keçən qarşılaşmada da oynamışdı, onda bəzi rotasiyalar etmişdik. Oyun elə axarda gedirdi ki, rəqib daha çox sol cinahdan gəlirdi. Sağ cinah müdafiəçimiz Süleyman Əhmədov yorulmuşdu. Bunadək Rəhim Sadıxov iki dəfə təkbətək çıxsa da, rəqib qapıçı yaxşı oynadı. Əmirlinin sürəti hesabına cinahda təhlükə yarada biləcəyinə inanırdıq. Həqiqətən bunu reallaşdırdı. Həm qapıya bir zərbəsi oldu, həm də penalti qazandırdı. Açığı, belə bir şeyin baş verəcəyini gözlədiyimizi desəm, yalan olar. Amma sağlam düşüncə ilə fikriləşirdik ki, Əmirli matçın nəticəsinə təsir göstərən hərəkətlər edə bilər" (Report).
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu