"Ağır oyun olacağını bilirdik. Çünki həm meydan sünidir, həm də rəqib müdafiəyəmeylli komandadır. Fərqli hissələr oynadıq. İlk yarıdakı hücumlarımız məni məmnun etdi. Amma ikinci hissədə mənasız qırmızı vərəqə ilə oyun ritmindən qopduq".
Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
O, görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyindən narazı qaldığını bildirib: "Artıq bizim üçün itiriləsi heç nə yoxdur. Çalışıb mövsümə layiqli yekun vuracağıq. Amma məşqçilər üçün oyunsonrası mətbuat konfransı hakimlər üçün də olsa, daha yaxşıdır. Kənarda 5 dəqiqədir gözləyən futbolçuya imkan vermir ki, oyuna girsin. Etirazım buna idi. Top meydandan çıxıb, oyunçuya imkan vermir. Səbəbini özlərindən başqa heç kim bilmir. Hakimlik barədə danışmaq istəmirəm. Gənc məşqçiyəm, komandanın oyunundan, inkişafından danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Futbolçuya oynamaq imkanı yaratmalısan. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldır, həm də oyunçunun mübarizədən qaçmasına səbəb olur. Bilir ki, mübarizəyə girsə, hakim oyunu saxlayacaq".
Baxşıyev komandasının avrokuboklar zonasından kənarda qalmasınının səbəbinə də toxunub: "Bu komandanın necə əziyyətlə formalaşdırdığımızı bilsəniz... Büdcə, kimlərin qalacağı bilinmirdi, heyət formalaşmamışdı. Bu baxımdan ilk dövrədə çətinliyimiz oldu. Mövsümün ortasında avrokubok zonasına yaxınlaşdıq. Xırda nüanslar olsa da, deməliyəm. Elə oyunlar olurdu ki, 5-6 futbolçumuz zədələnirdi. Əlimizdə geniş heyət olmadığından hər bir futbolçunun kənarda qalması oyunumuza təsir edir. Buna eniş də deməzdim. Özünüz də görürsünüz ki, bir hissədə 5-6 qol epizodu yaradırıq, sadəcə, tamamlamaqda çətinlik çəkirik".
Merab Giqaurinin ikinci sarı vərəqəni görərək, meydandan qovulması barədə danışan baş məşqçi daha əvvəlki analoji hərəkətinə onu cəzalandırdıqlarını xatırladıb: "Təcrübəli futbolçudur. Bunu hansısa gənc oyunçu etsəydi, o qədər də fikir verməzdik. Yenidən cəzalanması gözlənilir. Amma mənim gördüyüm qədərilə epizodların birində sarı yox idi. Ümumiyyətlə, hər epizodda sarı vərəqə göstərmək düzgün deyil".
"Qəbələ"nin növbəti mövsümdəki taleyi barədə də fikirlərini bölüşən Baxşıyev qeyri-müəyyənlik olduğunu söyləyib: "Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Qarşıda bizi nəyin gözlədiyini bilmirik. Biz də istərdik ki, büdcəmiz bilinsin. Mövsümün startına 15 gün qalmış oyunçu dəvət edirik. Onun adaptasiyası vaxt aparır. Bu baxımdan çətinlik çəkdik. Ümid Allahadır. Bütün futbolçuların müqaviləsi başa çatır. Heç kimlə danışıq aparmamışıq" (Report).
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu