"Qarabağ" 15-ə çatdı

"Qarabağ" 15-ə çatdı
ÖLKƏ FUTBOLU 18 Aprel 2021 / 14:36 788
-  A +

Premyer Liqanın 23-cü turunda “Səbail”in qonağı olan “Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən, 11 oyunu cari mövsümdə gerçəkləşib.
 

Daha çox


Son xəbərlər