"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib.
Qol.az xəbər verir ki, UEFA-nın saytına danışan argentinalı mütəxəssis deyib: "Çelsi" Tomas Tuhelin dövründə çox dəyişib. Komanda yaxşı oynayır. Bu, möhtəşəm oyunçuları olan güclü bir rəqibdir. Klub son vaxtlar ciddi maliyyə sərmayələri qoyub. Üç qapıçısının səviyyəsinə baxın. Bu, komandanın potensialını göstərir. Və hücumçuları Avropanın istənilən komandasında oynaya bilər.
Məqsədimiz böyük oyunçuları olan güclü rəqibləri məğlub etməkdir. Düşüncəmizi bilirlər, amma dəyişməyəcəyik".
Simeone komandasının əsas qol silahı olan Luis Suares haqda da danışıb: "Luis, hansı rəqabətdə olursa olsun, rəqiblərdə qorxuya səbəb olur. O, hər bir rəqibin diqqətini cəlb edən bacarıq və keyfiyyətlərə sahibdir. Səfər matçlarında qollarla bağlı müəyyən problemlərinin olduğunu bilirəm, amma qarşıdakı oyunda bu barədə danışmağın mənası yoxdur".
Qeyd edək ki, "Atletiko" - "Çelsi" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi