Azərbaycanın ən populyar klubu açıqlandı – “Qarabağ”

Azərbaycanın ən populyar klubu açıqlandı – “Qarabağ”
ÖLKƏ FUTBOLU 30 Yanvar 2021 / 11:23 2521
-  A +

"Deportes&Finanzas" portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.

Qol.az-ın məlumatına görə, siyahıda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın da adı var.

"Böyük beşlik" liqalarından İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.

Daha çox


Son xəbərlər
topaz banner