"AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir".
Bunu qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, komanda sayı cari mövsümdə 10-a çatdırmalı idi. Lakin pandemiya və sponsorlarla bağlı problem yarandığı üçün məsələnin həlli uzanıb: "Bu məsələ martda yenidən müzakirə olunacaq".
E.Məmmədovun sözlərinə görə, bölgə komandalarının azlığı futbol ictimaiyyətində tez-tez müzakirə olunur. AFFA rəsmisi yerli icra hakimiyyətlərindən dəstək gözlədiklərini söyləyib: "Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir. Bəlkə sabah hansısa İcra Hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq".
İcraçı vitse-prezident Premyer Liqada klub sayının 12-yə çatdırılmasını riskli hesab edib: "Bəzən mətbuatda yazırlar ki, AFFA filan klubları Premyer Liqaya buraxmır. Bu, belə deyil. İstəyirik ki, keyfiyyət balansı pozulmasın. Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir. Klubun ənənəsi olmalıdır".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri