"Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransına deyib.
O, 0:4 hesablı məğlubiyyəti nelə şərh edib: "Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq".
40 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer gözlənilir: "Artıq makedoniyalı oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədir. "Sumqayıt"la oyuna kimi heyətə bir oyunçu qatılacaq. Müdafiə mövqeyinə isə axtarışlar davam edir. Tapmasaq, bu heyətlə davam edəcəyik. Bizi sevindirən odur ki, Ədilxan Qarəhmədov yaxşı oynadı. Nəinki o, digər gənclər də yaxşı təsir bağışladı".
Hacıyev ev oyunlarını keçirdiklərini "ASKO Arena"nın ot örtüyü ilə bağlı problem olduğunu söyləyib: "İnanıram ki, gələcəkdə bütün arenalar təbii ot örtüyü olacaq. Futbolçular üçün çətindir. Bilmirəm nə fikirləşim ki, onları oyuna sağlam çıxarım".
Nikolas Hagenin səhvi barədə də danışan baş məşqçi digər oyunçuların da yaxşı çıxış etmədiyini deyib: "Qapıçı mövqeyi çətindir. Onun səhvlərinin digərlərindən çox olduğunu düşünmürəm. Yaxın zamanda Kamran Ağayevə şans verməyi planlaşdırırıq. Çempionatın sonunadək avrokubok üçün mübarizə aparacağıq. Komandalar arasındakı xal fərqi azdır". (Report)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri