SOCAR-da əsas səlahiyyətlərin Mikayıl Cabbarova keçməsi bu qurumun sponsoru olduğu Azərbaycan futbolunda da radikal dəyişiklikləri qaçılmaz edir.
Məlumdur ki, uzun illərdir AFFA, milli komandalar, Premyer Liqadakı bir çox klub məhz Dövlət Neft Şirkətinin xətti ilə maliyyələşdirilir. Son on ildə təkcə SOCAR futbola yüz milyonlarla dollar pul ayırıb. Amma "Neftçi"nin 2012-ci ildə Avroliqanın qrupuna düşməsini saymasaq, bu qurumdan asılı komandaların nəticəsi bərbad olub. Onlar daha çox maliyyə yeyintiləri, qeyri-şəffaf fəaliyyətləri, klublara dost-tanış, qohum-əqrəbaların gətirilməsi kimi neqativ faktlarla yadda qalıblar.
Bütün bunlar nəticə etibarı ilə futbolumuza ağır zərbələr vurub. Təzadlı haldır ki, bu qədər yüksək maliyyələşmə dövründə inkişaf əvəzinə futbolumuzda dərin böhran gedib. Xüsusən uşaq və bölgə futbolu məhv edilmiş duruma düşüb.
Ümid etmək istərdik ki, yeni yaradılan SOCAR Müşahidə Şurası dövlətin futbola ayırdığı maliyyənin düzgün istiqamətdə xərclənməsinə ciddi nəzarət edəcək. Daha yaxşısı isə bu olardı ki, paytaxtda fəaliyyət göstərən, şəxsi münasibətlərə görə maliyyələşən "Keşlə", "Səbail" kimi yalnız öz ciblərini doldurmaqla məşğul olan klubların maliyyələşməsi dayandırılsın, 2021-ci ilin yayından bu klublara sərf edilən pullar Azərbaycanın bölgələrinə yönləndirilsin. Çünki bu gün Gəncə, Tovuz və Zaqatalanın fəaliyyətdə olan klubları (eləcə də yaxın gələcəkdə Cənub və Şimal bölgəsindən də azı bir komanda) futbolumuza həqiqi faydanı verə bilər. Pul həm doğru istiqamətə yönələr, həm də bölgələrdə futbolun dirçəlməsi prosesi başlayar.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri