"Çempionat yenidən başladı. Hər kəs yarışı izləyir. İnanıram ki, hər oyun maraqlı olacaq. Bizim üçün vacib matç idi. Çoxdandır ki, qələbə qazanmırdıq. Bəzi oyunlarda uduzmuşduq. "Keşlə" komandasını tanıyırıq. İkinci qolu vurmalıydıq. Bilirdik ki, rəqib üstümüzə gələcək, amma sonunu gətirə bilmədik. İlk 3 tur ağır keçəcək. Sonadək mübarizə aparacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIV turunda səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, çempionatda autsayder yoxdur: "Komandalar arasındakı xal fərqi azdır. "Neftçi" və "Qarabağ" çıxmaq şərti ilə hansısa komandanı favorit adlandırmaq çətindir. Növbəti turda "Səbail"lə matç çətin olacaq".
Abbasov ikinci hissədə zəif oynamalarını bu cür əsaslandırıb: "Keşlə" hücuma atıldı, Vüqar Mustafayevi arxaya çəkdik. Rəhim Sadıxov xəstəliyi ağır keçirmişdi. Formasından uzaq qalıb. Bu gün başqa cür oyun gözləyirdim. Rəqibin də təhlükəli epizodları oldu, biz də mübarizə apardıq və düzgün müdafiə olunduq".
Baş məşqçi deyib ki, transferlərə böyük pullar vermirlər: "Kərəm Sultanov pis futbolçu deyil. O ağır zədə keçirib və əməliyyat olunub. Biz də risk etdik, avrokubokda çıxış edəcəkdik, ona görə heyətimizə qatdıq. Ona uğurlar arzulayıram. Bizdə cinahda böyük problemlər var. Mehdi Şərifini qaytarmışıq. Bu gün zədə səbəbindən ona şans verə bilmədim. Növbəti oyunda iştirak edə bilər. Höccət Haqverdi də bəyəndiyim oyunçudur. Hazırda transfer düşünmürük. Çempionata köklənmişik". (Report)
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı