"Sumqayıt"ın bir neçə ün əvvəl müqaviləsini ləğv etdiyi qazaxıstanlı futbolçu Kərəm Sultanov "sports.kz" nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, 25 yaşlı müdafiəçi əvvəlcə Azərbaycan klubundan ayrılmasının səbəbini izah edib:
- Yeni ildən sonra Qazaxıstana getmək problemli idi. Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər.
- Klubla iki illik müqaviləniz var idi. Bəs ayrılığa görə təzminat ödənildi?
- Xeyr, təzminat məsələsi olmadı. Heç kimin heç kimə borcu yoxdur.
- Azərbaycan mediası bütün məsələnin artıq çəki ilə bağlı problemlərinizdə olduğunu yazır. Gönürür ki, belə deyil?
- Xeyr, bu şəkildə deyil. Ümumiyyətlə, orqanizmimdə belə bir şey var - sürətlə kökəlirəm. Burada koronavirusun yaratdığı problemin rolu da vardı. Ancaq Azərbaycana gəlib normal məşqlərə başlayan kimi dərhal çəki atdım.
- Azərbaycan mətbuatı bu ölkəyə yük gəmisi ilə getdiyinizi yazıb. Doğrudanmı belə olub?
- Bəli, Aktaudan səfərə çıxdım və 2 gün yol gəldim. İndi də eyni şeyi etməyə hazır idim. Amma mənə dedilər ki, bütün məsələləri özün həll et. Yoxladım, amma alınmırdı. Klub açıqlama verməli idi. Ondan sonra təyyarə ilə də uçmaq olardı. Lakin həmin açıqlama olmadı. Sonda komandadan ayrılmağa qərar verdim. Özümə qarşı münasibətdən məyus oldum.
- Ümumiyyətlə, Azərbaycanda özünü legioner kimi hiss etmək necədir?
- Orada özümü heç legioner kimi hiss etmirdim.
- Azərbaycan çempionatı sizdə hansı təəssürat yaratdı? Ölkənin özünü necə, sevdiniz?
- Azərbaycan futbolunun səviyyəsi bizimkindən fərqlənmir. Hətta Qazaxıstanda daha yaxşıdır. Daha yaxşı şəraitlər var - meydançalar və s. Ölkə yaxşıdır, insanlar mehribandır. Dilimiz də oxşardır. Danışmaq biraz çətin olsa da, hər şeyi başa düşürdüm. Ancaq komanda rus dilində danışmırdı.
- Hazırda karyeranızla bağlı hansı seçimləriniz var?
- Ölkə xaricindən təkliflər var, amma hələlik ölkələrin adını çəkə bilmərəm. Agentlər çox yazırlar, amma dəqiq və ya rəsmi nəsə yoxdur.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri