"Milan"ın sabiq rəhbəri xəstəxanaya yerləşdirildi

"Milan"ın sabiq rəhbəri xəstəxanaya yerləşdirildi
ÖLKƏ FUTBOLU 15 Yanvar 2021 / 15:33 1182
-  A +

İtaliyanın keçmiş baş naziri və “Milan”ın sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
 
Qol.az “La Stampa”ya istinadən xəbər verir ki, buna 84 yaşlı funksionerin ürək problemləri səbəb olub. Fransada olan Berluskoni Monakoda bir xəstəxanaya yerləşdirilib.
 
Sabiq nazirin həkimi Alberto Zanqrilo xəstənin İtaliyaya aparılmasının təhlükəli olduğunu və bu səbəbdən Monakoda ən yaxın xəstəxanaya yerləşdirildiyini bildirib.
 
Qeyd edək ki, 1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni 2017-ci ildə klubu çinli iş adamlarına satıb. O, hazırda İtaliya B Seriyası təmsilçisi “Montsa”nın sahibidir. Həmçinin Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Daha çox


Son xəbərlər