Millimizin sabiq üzvü "Sumqayıt"da - Rəsmi

Millimizin sabiq üzvü "Sumqayıt"da -  Rəsmi
ÖLKƏ FUTBOLU 15 Yanvar 2021 / 13:25 2512
-  A +

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizdə də (2 oyun) çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran) və Höccət Haqverdini ("Paykan", İran) də heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər
topaz banner