“Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız məşqlərinə problemsiz davam edə bilsinlər".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes bu gün "Səbail"lə keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda bunları bildirib: "Bu gün hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəmizi sınadıq. Qalib gəlmək həmişə yaxşıdır, lakin, anlamalıyıq ki, bu gün sərgilədiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq üçün kifayət deyil”.
“Səbail”lə yoxlama oyunu "Sabah"ın yeni transferi Tiemoko Fofana üçün əlamətdar olub. Gənc hücumçu “göy-ağ” formada ilk oyununu keçirib. Qomes onun oyununu da dəyərləndirib:
“Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Bu matçda meydanda yaxşı çalışdı. Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaqdır”.
Xatırladaq ki, “Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də saat 18:00-da, “Bank Respublika Arena”da “Qarabağ”a qarşı keçirəcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri