"Sumqayıt" daha bir iranlı futbolçu transfer edir

"Sumqayıt" daha bir iranlı futbolçu transfer edir
ÖLKƏ FUTBOLU 11 Yanvar 2021 / 09:38 1855
-  A +

"Sumqayıt"  qış fasiləsində növbəti transferə hazırlaşır.

Qol.az "Persianfootball" nəşrinə istinadən xəbər verir ki, “kimyaçılar” iranlı futbolçu Höccət Haqverdi ilə razılıq əldə edib.

İranın "Paykan" klubu ilə yollarını ayıran 28 yaşlı mərkəz müdafiəçisi ilə tezliklə müqavilə imzlanacağı bildirilib.

Qeyd edək ki, “Sumqayıt”da İrandan olan Adəm Hətami və milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan Əli Qurbani də çıxış edir.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində "Neftçi"dən Cabir Əmirlini də icarəyə götürüb.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

https://www.facebook.com/QolAz-195302414790

T.me/qolaz

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi