21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avro-2023-ün seçmə mərhələsinin püşkatma vaxtı müəyyənləşib.
Qol.az xəbər verir ki, yanvarın 28-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Püşkatmada 53 komanda rəqibini tanıyacaq.
Komandalar püşk zamanı 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. 9 qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq.
Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.
Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, yığmamız Ermənistanla eyni qrupa düşə bilməz.
Həmçinin Cəbəllütariq – İspaniya, Bosniya və Herseqovina – Kosovo, Kosovo – Serbiya, Kosovo – Rusiya və Rusiya – Ukrayna görüşləri də olmayacaq.
1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino
Qeyd edək ki, seçmə mərhələ 2021-ci ilin martından 2022-ci ilin iyununa qədər keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında olacaq.
Bizi sosial şəbəkələrdə də izləyin:
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri