"Qəbələ" bu gün hazırlığa başlayır - Planda dəyişiklik

"Qəbələ" bu gün hazırlığa  başlayır -  Planda dəyişiklik
ÖLKƏ FUTBOLU 5 Yanvar 2021 / 11:05 829
-  A +

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına bu gün start verəcək.
 
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.
 
Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək. Elmar Baxşıyevin kollektivi hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcək.
 
Yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.


Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790

Daha çox


Son xəbərlər
topaz banner