“Səbail”in baş məşqçisi Aftandil Hacıyev koronavirusdan sağalıb.
Qol.az xəbər verir ki, artıq məşlərə qayıdan mütəxəssis klubun rəsmi saytına müsahibə verib.
- COVID-19-a yoluxduğunuzu göstərən ilk əlamətlər nələr idi? Sağalma prosesi necə keçdi?
- Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. İlk olaraq, başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyə qədər belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm sadəcə taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə, ilk həftəni ehtiyyatlı olmağı tövsiyyə etdilər.
- Məşqlərdən və oyunlardan kənar qalmaq hansı hissləri yaratdı?
- Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam. Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə, uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Ancaq sağlığıma görə, dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyyə edirəm.
- İki oyun sizin iştirakınız olmadan keçdi. Virtual iştirak etmək necə idi?
- İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim. İlk olaraq qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə”-“Səbail” oyununda bunun şahidi olduq. Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfədir, planşetlə oyun izləyib, tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci hissədə rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı.
- “Səbail”inqış fasiləsindəki hazırlıq planı nədir?
- Yanvarın 4-dən artıq məşqlərə başladıq. Legionerlər isə yanvarın 8-nə qədər ardıcıllıqla hazırlığa qoşulacaqlar. Bir həftəlik toplanışımız olacaq. Toplanışa qədər olan məşqlərimiz daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm taktiki məşqlər olacaq. Toplanışın sonunda isə yanvarın 14-ü “Sabah”la yoldaşlıq oyunu keçiriləcək. Bu gündən etibarən, yanvarın 21-i keçiriləcək “Neftçi” ilə oyuna hazırlığımıza start vermişik.
- Qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəyirsiniz?
- Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz. Belə qərar gəldik ki, daha çox oynayacaqları komandaya getsələr yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu cəlb edəcəyik. Bilirik ki, vaxt çox azdır. Əgər istədiyimiz kimi alınmasa, hazırki komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücuma meyilli futbolçu axtarışındayıq.
- Mövsümün 2-ci hissəsində komandanın məqsədi nədir?
- Məqsədimiz mübarizəmizi sona qədər davam etdirməkdir. İki klubu çıxmaq şərti ilə, geridə qalan 6 komanda da yüksək pillə üçün çıxış edir. Hər kəs kimi biz də mübarizəmizə davam edəcəyik. Mayda yüksək pilləyə qalxaraq, istədiyimiz nəticəni almaq istəyirik.
Bizi sosial şəbəkələrdə də izləyin:
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı