"Keşlə"nin də hazırlıq planı açıqlandı

"Keşlə"nin də hazırlıq planı açıqlandı
ÖLKƏ FUTBOLU 30 Dekabr 2020 / 15:33 957
-  A +

"Keşlə"nın qış hazırlıq planı müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III dövrəsinə və ölkə kubokunun 1/4 final mərhələsinə hazırlaşan paytaxt təmsilçisi yanvarın 4-də Bakıda məşqlərə start verəcək.

Komanda hazırlıq çərçivəsində yanvarın 10-da MOİK, 14-də isə “Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Keşlə" yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sumqayıt"ı qəbul edəcək.

Bizi Telegramda da izləyin: t.me/qolaz

Daha çox


Son xəbərlər
topaz banner