"Başakşəhər"in baş məşqçisinə sərt cəza

"Başakşəhər"in baş məşqçisinə sərt cəza
ÖLKƏ FUTBOLU 30 Dekabr 2020 / 12:18 1832
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in baş məşqçisi Okan Buruku sərt cəzalandırıb.

Qol.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, çalışdırıcıya 5 oyunluq cəza verilib. Buna Burukun Superliqanın son turunda "Fənərbaxça" ilə oyundakı (1:4) hərəkətləri səbəb olub.

Baş məşqçi oyunun gedişatında baş hakimə fiziki təzyiq göstərib, onun xəbərdarlıqlarına məhəl qoymayıb.

Okan Buruk bu hərəklərinə görə 38 min lirə (təqribən 8800 manat) cərimə də edilib.

Bizi Telegramda da izləyin: t.me/qolaz

Daha çox


Son xəbərlər
topaz banner