Koçuk "Sabah"la müqaviləni pozdu

Koçuk "Sabah"la müqaviləni pozdu
ÖLKƏ FUTBOLU 29 Dekabr 2020 / 10:30 1489
-  A +

"Sabah" futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.

Klubdan Qol.az-a verilən məlumata görə, Moldova millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

27 yaşlı yarımmüdafiəçi Moldova mətbuatına açıqamasında müqaviləni öz təşəbbüsü ilə pozduğunu söyləyib. Köçük karyerasını harada davam etdirəcəyi barədə məsələnin hələ danışıqlar mərhələsində olduğunu da deyib.

Qeyd edək ki, Y.Koçuk bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.

Daha çox


Son xəbərlər
topaz banner