Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb.
Qol.az xəbər verir ki, 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan “Neftçi”nin 24, sonuncu olan “Sabah”ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.
Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı. 2016/17 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum – 30 xal ayırıb. 2018/19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.
Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008/09 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan “İnter” (indiki “Keşlə”) 8-ci olan “Standard”ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.
Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu “Qarabağ” 40, 8-ci sıradakı “MKT-Araz” 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.(pfl.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri