“Maraqlı oyun oldu. Çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı bir xal qazanmağa layiq idik".
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesabı ilə irəlidə olduqlarına baxmayaraq, sonda uduzduqları matçı (2:3) belə şərh edib:
"Qarabağ"a qarşı 10 nəfərlə oynamaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Görüşün qırılma anı buraxdığımız ikinci qol oldu. Sonda hesabı bərabərləşdirə bilərdik, amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti matçlara hazırlaşacağıq".
Baş məşqçi oyunlarının alınmadığını bildirib və bunun səbəbini izah edib: "Oyunun əvvəlindən rəqibə qol imkanları vermirdik. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib bizi buna məcbur etdi. Bu gün meydanda ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik. Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodlarına reaksiya bildirirdim. Amma mənə görə müzakirəli epizodlar var. Dmitriyə ilk epizodda niyə sarı vərəqə verdiyini bilmirəm. Ağabala Ramazanovun da epizodu mübahisəlidir".
R.Sadıqov komandanın qış fasiləsindəki planlarından da danışıb. O, koronavirus səbəbindən legionerlərin ölkələrinə getməməsi barədə onlarla danışığı olduğunu bildirib: "Komanda bir həftəlik fasiləyə buraxılacaq, yanvarın 2-də toplaşacağıq. Legionerlərlə ölkə xaricinə getməmək barədə söhbət olub. Yoluxma sayı artdığı üçün bu addımı atdıq. Kimsə desə ki, getmək istəyirəm, qarşısını almayacağıq. Mən kiməsə deməmişəm ki, evə getmək olmaz. Mən özüm də uzun müddətdir bazada qalıram. Belə edəndə futbolçular xəstələnmədi. Bu gün fasiləyə müəyyən səviyyədə gedirik. İki həftədən çox yaxşı hiss etdik. Mən toplanışdan istədiyimi aldım. Komandaya bir həftə istirahət verəcəyəm. Bu günümüzə, qazandığımız xallara şükür edirəm. Amma bununla kifayətlənən insan deyiləm. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı komanda olaq. Yeni futbolçular olacaq. Qışda oyunçu almaq çətindir. İki və ya maksimum üç futbolçu almaq istəyirəm. Planda kiminsə göndərilməsi yoxdur, Rəşad Eyyubov və Kayo Rangellə qarşılıqlı anlaşma əsasında vidalaşdıq. Xristovla da birlikdə fəaliyyət göstərmişəm. Onunla bağlı qərarı mən vermişəm. Sadəcə elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu gün bu qərar lazım idi və verdim”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri