"Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. Üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq".
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“Qələbəyə köklənmişdik. Öz istədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq. Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda “Qəbələ” oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi. Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq. İnanıram ki, bu bizim maksimumumuz deyil. Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir. Ceyms geri dönəndə də biz onun səviyyəsinə bələd idik. Lakin o bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi. Biz ona inanırıq və komandamızda davam etməsinə şad olarıq. Sırf hücumçu deyil, hücumameylli futbolçunun komandamıza qoşulmasına məmnun olarıq. Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündür. Hamısı keyfiyyətli futbolçulardır. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdır”.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı