"Uşaqları təbrik edirəm. Bu gün əllərindən gələni etdilər. Oyun bizim nəzarətimizdə idi. Xüsusilə də ilk hissədə kifayət qədər qol imkanları yaratsaq da, bunlardan lazımınca istifadə edə bilmədik. Rəqib isə adi epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Oyunda bir balaca gərginlik, həyəcan yaşansa da, hesabda önə keçməyi bacardıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın 13-cü turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib: "Mövsüm ərzində yaxşı və pis oyunlar oynamışıq. Çatışmazlıq həm müdafiə, həm də hücum zamanı olur. Müdafiədə xırda və çox sadə səhvlər edirik. Bunlar üzərində çalışmışıq. Hücumda da imkanlarımızı dəyərləndirə bilmirik. Hər qış fasiləsində olduğu kimi geridə qalan dövrü təhlil edəcək, sonra qərarlar verəcəyik".
İspaniyalı baş məşqçi Bəxtiyar Həsənalızadənin transferinə münasibət bildirib: "Bəxtiyar bir müddət bizdə məşqlərdə idi. Baxdıq və onunla bağlı müsbət fikirlərim var. Qışdan sonra müdafiədə bizə kömək edəcək".
Qomez transfer büdcəsi barədə danışmaq istəmədiyini deyib: "Hər şeyi təhlil etdikdən sonra qərar verəcəyik. Açığı, hazırkı situasiyanı nəzərə alsaq, transferlər çətin görünür".
Mütəxəssis komandasının turnir cədvəlindəki mövqeyindən narazı olduğunu vurğulayıb: "İspaniyada işim barədə sual versələr, məhz bunu deyəcəyəm. Qayıdandan sonra çalışacağıq ki, problemləri aradan qaldırıb, inkişaf edək. Çox gəzməyi sevən insan deyiləm. Sadəcə, Bakıda olmuşam və burada insanlar çox mehribandır. Burada olmaqdan məmnunam. Koronavirusa görə bütün ölkəni dəyərləndirə bilmərəm. Hər yer bağlıdır. İspaniyada da eyni vəziyyərdir. Sadəcə, getdiyim yerdə qalacağam. Gözlədiyimdən daha səviyyəli çempionatla qarşılaşdım. 1-2 komandanı çıxmaqla, digərlərinin səviyyəsi eynidir. Klubların fərqli oyun tərzləri var, bəziləri müdafiəyə, bəziləri hücuma çox diqqət edir. Açığı, mən İspaniyada, Ukraynada da işləmişəm və Azərbaycan çempionatının oranın səviyyəsinə çatmağına hələ var. Hazırda biz qara zolaqdayıq, ancaq Avropa Liqasına vəsiqə verən yerdən cəmi 3 xal geridəyik. Bu da bizə motivasiya verir. Qışda gücümüzü bərpa edib, daha yaxşı olacağıq".(report.az)
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı