Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İrlandiyanın “İndependent” nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, 64 yaşlı mütəxəssis yığmamızın hazırkı durumundan danışıb və "DÇ-2022"nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib:
“Mənə görə Azərbaycan millisində irəliləməyin ən yaxşı yolu qarşımıza qoyduğumuz hədəflərdir. Bu, çox vacibdir. İndi komadamızda bir qədər stabillik var. Güclü hücumçularımız yoxdur. Bu, ciddi problemdir. Amma heyətimiz yaxşıdır.
Qrupda Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadır. Seçmə mərhələ bizim üçün çox çətin olacaq. Biz beşinci səbətdən gəlmişik.
Portuqaliya digərlərindən fərqli bir keyfiyyətdədir. Onların yalnız Kriştiano Ronaldo kimi oyunçusu deyil, Avropanın böyük liqalarında çıxış edən digər futbolçuları da var. Buna görə İrlandiya üçün mübarizə ikinci yer uğrunda Serbiyanı məğlub etmək olacaq.
Ölkəmizdəki həyat tərzi haqda da danışan italiyalı mütəxəssis Azərbaycanda insanların mehriban olduğunu vurğulayıb: “Mən burada yaşayıram, buraya gəlmək və burada yaşamaq mənim üçün vacib idi. Azərbaycanlılar yaxşı insanlardırlar və xaricilərə qarşı çox mehribandırlar. Şəhər Xəzər dənizinin yanındadır. Yaşamaq üçün çox yaxşı bir yerdir. Gözəl stadionumuz var”.
De Byazi millimizdə olan əsas problemi yerli oyunçuların legioner həyatı yaşamamasında görür: "İrlandiyalı oyunçuların hamısı İngiltərədə, güclü liqalarda və çempionatlarda çıxış edir. Azərbaycanda isə futbolçuların hamısı ölkəsində oynayır. Azərbaycan Premyer Liqası İngiltərədəki böyük liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyəsi yaxşıdır, amma sizin rəqabət səviyyəsində deyil. Bu, ölkə xaricində oynamaq üçün böyük bir problem yaradır”.
AFFA-nın baş məşqçi axtarışı zamanı digər namizədlərdən olan Roy Kinlə bağlı fikirlərini də bölüşən De Byazi qısa danışıb: "Kin əla və möhtəşəm oyunçu idi. Buna görə də özümü onunla müqayisə etməyəcəyəm".
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi