"Qarabağ"da 20-ci qolunu vurdu

"Qarabağ"da 20-ci qolunu vurdu
ÖLKƏ FUTBOLU 21 Dekabr 2020 / 11:30 1804
-  A +

Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.

Qeyd edək ki, Ozobiç 2018-ci ildən "Qarabağ"da çıxış edir.

Daha çox


Son xəbərlər
topaz banner