Klublarımız üçün avrokuboklarda 2021/22 təqvimi

Klublarımız üçün avrokuboklarda 2021/22 təqvimi
ÖLKƏ FUTBOLU 15 Dekabr 2020 / 16:11 7361
-  A +

Avrokubokların 2021/22 mövsümünün ilkin təqvimi müəyyənləşib.

Qol.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Superkubokla yanaşı, ilk dəfə keçiriləcək Konfrans Liqasının da təqvimi bəlli olub.

Yeni mövsüm 2021-ci il iyunun 9-da keçiriləcək ilk püşkatma ilə başlayacaq. Mövsümün finişi isə 2022-ci il mayın 28-də olacaq.

Azərbaycan klublarının ilk rəqiblərinin müəyyənləşmə tarixi də bəllidir. Premyer Liqanın çempionu I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Təmsilçimizin rəqibi iyunun 28-də bilinəcək. İlk oyunlar iyulun 6-7-də baş tutacaq.

Konfrans Liqasında mübarizə aparacaq Azərbaycan klubları I təsnifat mərhələsindən azaddır. Təmsilçilərimizin bu turnirdə debütü II təsnifat mərhələsində gerçəkləşəcək. Premyer Liqanın gümüş və bürünc mükafatçısı ilə kubokun qalibinin rəqibləri iyulun 12-də bilinəcək, ilk matçlar 9 gün sonra baş tutacaq.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan klubları Avropa Liqasında oynamayacaq. Yalnız Çempionlar Liqasında uduzacaq komandamız ikinci dərəcəli turnirə yuvarlana bilər.

2021-ci il
9 iyun

Çempionlar Liqası, ilkin mərhələnin püşkatması

23 iyun

Çempionlar Liqası, ilkin mərhələ, yarımfinal

26 iyun

Çempionlar Liqası, ilkin mərhələ, final

28 iyun

Çempionlar Liqası və Konfrans Liqasının I təsnifat mərhələsinin püşkatması

6-7 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsinin ilk oyunları

8 iyul

Konfrans Liqası, I təsnifat mərhələsinin ilk oyunları

12 iyul

Çempionlar Liqası və Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması

13-14 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsinin cavab oyunları

15 iyul

Konfrans Liqası, I təsnifat mərhələsinin cavab oyunları

20-21 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları

22 iyul

Konfrans Liqası, II təsnifat mərhələsinin ilk oyunları

26 iyul

Çempionlar Liqası, Avropa Liqasının və Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatması

27-28 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

29 iyul
Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunları

3-4 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

5 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunları
Konfrans Liqası, III təsnifat mərhələsinin ilk oyunları

9 avqust

Çempionlar Liqası, Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin püşkatması

10 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

11 avqust

Superkubok (Belfast, Şimali İrlandiya)

12 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
Konfrans Liqası, III təsnifat mərhələsinin cavab oyunları

17-18 avqust

Çempionlar Liqası, pley-off mərhələsinin ilk oyunları

19 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları
Konfrans Liqası, pley-off mərhələsinin ilk oyunları

24-25 avqust

Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

26 avqust

Avropa Liqası, pley-off mərhələsinin cavab oyunları
Konfrans Liqası, pley-off mərhələsinin cavab oyunları
Çempionlar Liqası qrup mərhələsinin püşkatması

27 avqust

Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsinin püşkatması

14-15 sentyabr
Çempionlar Liqası, qrup mərhələsi, I tur

16 sentyabr
Avropa Liqası, qrup mərhələsi, I tur
Konfrans Liqası, qrup mərhələsi, I tur

28-29 sentyabr

Çempionlar Liqası, qrup mərhələsi, II tur

30 sentyabr

Avropa Liqası, qrup mərhələsi, II tur
Konfrans Liqası, qrup mərhələsi, II tur

19-20 oktyabr

Çempionlar Liqası, qrup mərhələsi, III tur

21 oktyabr

Avropa Liqası, qrup mərhələsi, III tur
Konfrans Liqası, qrup mərhələsi, III tur

2-3 noyabr

Çempionlar Liqası, qrup mərhələsi, IV tur

4 noyabr

Avropa Liqası, qrup mərhələsi, IV tur
Konfrans Liqası, qrup mərhələsi, IV tur

23-24 noyabr

Çempionlar Liqası, qrup mərhələsi, V tur

25 noyabr

Avropa Liqası, qrup mərhələsi, V tur
Konfrans Liqası, qrup mərhələsi, V tur

7-8 dekabr

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

9 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur
Konfrans Liqası, qrup mərhələsi, VI tur

13 dekabr

Çempionlar Liqasının 1/8, Avropa və Konfrans Liasının nokaut mərhələsinin püşkatması

2022-ci il
15-16 və 22-23 fevral

Çempionlar Liqası, 1/8 final ilk oyunlar

17 fevral

Avropa Liqası, nokaut mərhələsi, ilk oyunlar
Konfrans Liqası, nokaut mərhələsi, ilk oyunlar

24 fevral

Avropa Liqası, nokaut mərhələsi, cavab oyunları
Konfrans Liqası, nokaut mərhələsi, cavab oyunları

28 fevral

Avropa Liqası və Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatması

8-9 və 15-16 mart

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

10 mart

Avropa Liqası, 1/8 final, ilk oyunlar
Konfrans Liqası, 1/8 final, ilk oyunlar

17 mart

Avropa Liqası, 1/8 final, cavab oyunları
Konfrans Liqası, 1/8 final, cavab oyunları

22 mart

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/4, 1/2 və finalın püşkatması

5-6 aprel

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

7 aprel

Avropa Liqası, 1/4 final, ilk oyunlar
Konfrans Liqası, 1/4 final, ilk oyunlar

12-13 aprel

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

14 aprel

Avropa Liqası, 1/4 final, cavab oyunları
Konfrans Liqası, 1/4 final, cavab oyunları

26-27 aprel

Çempionlar Liqası, 1/2 final, ilk oyunlar

28 aprel

Avropa Liqası, 1/2 final, ilk oyunlar
Konfrans Liqası, 1/2 final, ilk oyunlar

3-4 may

Çempionlar Liqası, 1/2 final, cavab oyunları

5 may
Avropa Liqası, 1/2 final, cavab oyunları
Konfrans Liqası, 1/2 final, cavab oyunları

18 may
Avropa Liqası, final (Sevilya, İspaniya)

25 may

Konfrans Liqası, final (Tirana, Albaniya)

28 may

Çempionlar Liqası, final (Sankt-Peterburq, Rusiya) (apasport.az)

Daha çox


Son xəbərlər
topaz banner