AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Qol.az-ın suallarını cavablandırıb. Millimizin DÇ-2022-dəki rəqiblərini dəyərləndirən Məşqçilər Komitəsinin sədri pandemiya ilə bağlı dayanan çempionatımızdan və yarışın davam etdirilməsi üçün çıxış yollarından danışıb.
- DÇ-2022-nin seçmə mərhələsinin püşkü sizin üçün ürəkaçan oldumu?
- Düzdür, hamımız arzulayırdıq ki, 6 komandalı qrupa düşək. Ancaq bu da münasib qrupdur. Üç komanda ilə tanışıq. Bizə yad olan rəqib yalnız İrlandiyadır. Aşkar favorit görünür. Bu, Portuqaliya millisidir. Lüksemburqa digər seçmə mərhələlərdə olan borcumuzu qaytarmalıyıq. İrlandiya və Serbiya ilə mübarizəyə qoşulmalıyıq. Əgər bir milli komanda kimi böyümək istəyiriksə, hədəflərimiz də böyük olmalıdır.
- Hansı hədəflər üçün mübarizə apara bilərik?
- Hədəfsiz inkişaf mümkün deyil. Vaxt keçirmək üçün oyuna çıxmırıq ki. Futbolçularımız başa düşməlidir ki, hansısa hədəflər üçün mübarizə aparmalıyıq. Gələcəkdə məqsədimizə nail olmaq üçün pillə-pillə irəliləməliyik.
- Yəni komandamız bu qrupda nəyə nail ola bilər?
- Hesab edirəm ki, futbolda reallığı yaradan şəxsiyyətlər olur. İlk növbədə biz böyüməliyik və reallığı öz xeyrimizə dəyişdirmək üçün əlimizdən gələni etməliyik. Bu gün nəyə nail ola biləcəyimizi deməyə bəlkə də ehtiyac yoxdur. Ancaq hər bir rəqiblə sonadək mübarizə aparmaq olar. Bundan əvvəl bir dəfə qrupda 4-cü olmuşuq. Bundan da yaxşı nəticə əldə etmək olar. Addım-addım hədəflərimizə çatmalıyıq.
- Yığmamız qrupun ən zəif komandası hesab olunur. Bu fikirlə razısınız?
- Hazırda kağız üzərində belə ola bilər. Ancaq reallığı öz xeyrimizə dəyişdirmək üçün qarşıya hədəf qoyub, düzgün şəkildə hazırlıq keçmək lazımdır.
- Milli komandamız De Byazinin rəhbərliyi altında bir neçə oyuna çıxdı. Bu oyunlara əsasən yığmamızın durumu haqda nə söyləyə bilərsiz?
- Dünya çempionatının oyunlarından sonra millimizə daha asan qiymət veriləcək. Millətlər Liqasının 3 ayı ərzində De Byaziyə imkan yaradıldı ki, tam şəkildə Azərbaycan futbolu ilə tanış olsun və indi vaxt gəlib çatıb ki, bu komandadan nəticə gözləyək.
- Millətlər Liqasının oyunlarından hansı nəticəni çıxarmaq olar? Komandamızda nələr dəyişməlidir?
- Onu demək olar ki, komanda 70-80 faiz dəyişib. Yeni komanda yaradılıb. Buna görə də biz səbrli olub, bəlkə də nəticəni arxa plana qoymuşuq. Ancaq ən vacidi odur ki, komanda formalışırdı. Bunu De Byazinin nə dərəcədə həyata keçirdiyini qarşıdakı seçmə mərhələdə görəcəyik. Hazırda biz bu komandadan və De Byazidən nəticə gözləməliyik.
- Pandemiyaya görə hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Siz çempionatn dayandırılmasının tərəfdarısız, yoxsa davam etdirilməsinin?
- Mən oyunların keçirilməsinin tərəfdarıyam. Heç kim zəmanət vermir ki, bu vəziyyət nə qədər uzanacaq. Ola bilər, biz ümid edirik ki, oyunları təxirə salıb, yanvar ayında keçirə bilərik, ancaq bilmirik ki, onda vəziyyət necə olacaq. Ona görə də biz oyunları keçirməklə o təcrübəyə hazır olmalıyıq ki, gələn il belə bir vəziyyətlə rastlaşsaq, çıxış yolumuzu qabaqcadan planlaşdıraq. Biz hazırda çempionatı dayandırsaq və sonra yenə bu vəziyyətlə üzləşsək, çıxış yolunu tapa bilməyəcəyik. Ona görə də çempionatı davam etdirmək üçün çıxış yolu tapmalıyıq.
- Çıxış yolu nə ola bilər? Bəlkə, digər klublarımız da “Zirə” kimi komandanı təcrid etməlidir?
- Təcrid məsələsi istər-istəməz olmalıdır. Oyunçuları qoruyub saxlamaq çox vacibdir. Ancaq digər tərəfdən çempionatın əsasnaməsinə hansısa dəyişiklik etməklə yarışı davam etdirmək olar. Bu gün əsasnamə elədir ki, hansısa klubda 7 futbolçu koronavirusa yoluxsa, çempionatı təxirə salmalıyıq. Ancaq əsasnaməyə əlavələr etməklə çempionatı davam etdirməliyik. Çünki yanvar, fevral ayında virusun üçüncü dalğası ilə üzləşə bilərik.
- AFFA-nın çempionatın taleyi ilə bağlı qərarı nə vaxta gözlənilir?
- Bildiyiniz kimi, bir dəfə bununla bağlı videokonfrans olub. Hazırda müzakirələr davam edir. Məncə, bu yaxınlarda qərar veriləcək. Əksəriyyət çempionatın davamının tərəfdarıdır. Şəxsi fikrim odur ki, çempionatı dayandırmayaq. Çıxış yolu axtarmaq çox vacibdir. Bunlar hamısı zəncirvari bir-birinə bağlıdır. Milli komandaya da təsiri olacaq. Çempionatı dayandırmaq olmaz.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi