Fərid üçün 45 dəqiqə

Fərid üçün 45 dəqiqə
ÖLKƏ FUTBOLU 5 Dekabr 2020 / 20:30 1227
-  A +

Çexiya 2-ci divizionunda 12-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Jihlava” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
Qeyd edək ki, 12 turdan sonra 19 xalı olan “Viktoriya” 6-cı pillədə qərarlaşıb.
    

Daha çox


Son xəbərlər