Premyer Liqamızda cari mövsümdə ilk dəfə olaraq tur tam təxirə salındı. Bu, yeganə matç kimi keçirilməsi nəzərə tutulan XIII turun "Qarabağ" - "Qəbələ" matçının da baş tutmayacağı haqda PFL-nin qərarından sonra bilindi. Belə ki, meydan sahiblərində 7 futbolçuda COVİD-19 aşkarlandığından belə vəziyyət yarandı. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a müsahibəsində nəinki bu qərar, çempionatın gələcək perspektiviylə bağlı baxışını, təmsil etdiyi klubun mövqeyini açıqladı.
- Təxirəsalınma qərarını necə şərh edərdiniz? Planlarınıza necə təsir elədi?
- Komanda olaraq oyuna hazır idik. Bu gün oyunöncəsi son məşqimizi də elədik. Biz tərəfdən heç bir maneə yox idi. Çempionata məsul qurumlar var. Keçən turda özünüz də gördünüz ki, bəzi futbolçularımız bu virusa görə oyunu buraxırdılar.
- İndi əsas müzakirə obyekti bu il üçün qalan 3 turun keçirilb-keçirilməməsi ilə bağlıdır. Sizdə hələ də kubok matçı var. Hazırkı vəziyyətdə çempionatın davamının, yoxsa dayandırılmasının tərəfdarısınız?
- Klub olaraq çempionatın davam etdirilməsini istəyirik. Bunun ona görə tərəfdarıyıq ki, dayanmanın acısını bir dəfə çəkdik. Klublar olaraq futbolsuz qalmaq çox çətindir - həm oyunçulara, həm biz məşqçilərə. Təkrar o duruma düşmək istəməzdik. Əlbəttə, ən yaxşı variant çempionatı sonadək tamamlamaqdı. Klub olaraq biz də dayandıra bilərdik. "Sumqayıt"la həmin matçda 7-dən də çox - 8 futbolçumuz var idi ki, virusa görə komandadan kənarda qalmışdı. Ancaq klub olaraq qərar verdk ki, ertələmək yox, əlimizdə olan futbolçularla davam etmək lazımdı. Onda əlimizdə lap 12-13 futbolçu da olsaydı, çıxışımızın davamını istəyərdik.
- Bu fikirlərinizlə "Qarabağ"ı qınayırsınız?
- Yox-yox. Əsla "Qarabağ"ı qınamaq lazım deyil. Bizə belə danışmaq rahatdır. Çünki tək çempionatda oynayırıq, "Qarabağ" isə Avroliqada da çıxış edir. Onu da nəzərə almaq lazımdır.
- Ümumiyyətlə, əlavə COVİD-19 qaydalarına görə bir komandada bu virus minimum 7 futbolçuda aşkarlananda, matçı təxirə salınmalıdır. Bu sayı nə dərəcədə qənaətbəxş sayırsınız?
- Bunu nəyəsə əsaslanıb tətbiq edirər. Bu, elə bir şeydir ki, say bu gün 7 nəfərdirsə, sabah baxırsan, həmin say çox da ola bilər, az da. Üzləşdiyimiz reallıqla barışmaq lazımdır. Bu, işlərin bir mərhələsidir. Təslim olub hər şeyi dayandırsaq, bunun fəsadları çox pis olacaq. Xüsusən də futbolçular üçün - 4 ay futbolsuz qaldılar. İkinci dəfə belə bir halın təkrarlanması adamın ağlına belə gəlmir.
- Çempionatın dayandırılmasının tərəfdarları bunu sağlamlığın hər şeydən üstün olmasıyla əsaslandırırlar. Onlara kontur arqument olaraq nə qoyardınız?
- Əlbəttə, arqument budur ki, sağlamlıq olsun. Futbolçu sağlam olmalıdır ki, futbolunu oynasın. Ancaq oturub sırf o sağlamlığı da düşünsək, onda futbol məhv olub gedəcək. Buna görə əlində olan "material"dan maksimum istifadə eləmək lazımdı. Mən belə düşünürəm.
- Sizdə qısa müddətdə sağalma oldu, yalnız Ceyms Adeniyidə bu problem qalıb. Buna necə nail oldunuz? Ayaq üstə dayanmamağın necə mümkün olmasıyla bağlı tövsiyələrinizi çatdırardınız...
- Həkimlərin nəzarətində iş getdi, buna həmin virusa yoluxan futbolçular tam izolyasiya olunmaqla nail olduq. Xəstəliyi ağır keçirmədilər, vəziyyətləri bir həftəyə qaydasına düşdü.
- Adeniyidə vəziyyət necədir?
- Simptomları var, ancaq özünü yaxşı hiss edir.
- Bundan sonra məşq baxımından planlarınızı necə qurmaq fikrindəsiniz? Şənbə-bazar komandanı buraxaraq istirahət, bəs sonra..?
- Əlbəttə, bizə bir plan verməlidir ki, buna uyğun işimizi quraq. Müvafiq qurumlar bunu etməsə, məşqlərin də mənası yoxdur. Bir qərar verilməlidir ki, biz də uyğun hazırlaşaq.
- Bilməlisiniz ki, "Qarabağ"la təxirə salınmış görüşə hazırlaşacaqsınız, yoxsa növbəti turun "Səbail"lə matçına...
- Hər şey veriləcək qərardan asılı olacaq. Bu olmayanda, planları qurmaq da mənasızdır (sport24.az).
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa