UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
ÖLKƏ FUTBOLU 3 Dekabr 2020 / 21:38 3767
-  A +

UEFA İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan və Ermənistanda beynəlxalq matçların keçirilməsinə dair qoyulan qadağanı ləğv edib.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu addım Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, UEFA bu qadağanı oktyabrın 20-də qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi