Dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradona dünyasını dəyişib.
Qol.az "Clarin"ə istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu 60 yaşında həyatını itirib.
Bundan əvvəl o, beyinə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Keçmiş futbolçu daha sonra noyabrın 11-də evə buraxılmışdı.
Bu gün isə Maradonanın ürəyi tutduğu və ağır vəziyyətdə yenidən xəstəxanaya aparıldığı, həyatını xilas etmək mümkün olmadığı bildirilib.
Qeyd edək ki, “Futbolun Tanrısı” adlandırılan Maradona karyerasına 1997-ci ildə “Boka Xuniors”da son qoyub. Klub karyerasında ümumilikdə 491 dəfə meydana çıxan Maradona 259 dəfə rəqib qapılarına yol tapıb.
O, 1977-1994-cü illərdə Argentina millisnin formasını geyinib. 91 dəfə milli komanda ilə meydana çıxan Dieqo 34 qol vurub. “Futbol Tanrısı” 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının qalibidir. Komandasının kapitanı olan Armando uğurda böyük pay sahibi olduğu üçün “Qızıl top” mükafatını da alıb. Maradona “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub. O, son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubunun baş məşqçisi olub.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels