"Demək olar ki, oyuna pis başlamadıq. Penalti epizodumuz oldu, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı".
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 9-cu turunda bu gün “Zirə”yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
- Ardıcıl 6 oyundur ki, məğlub olursuz. Bunun səbəbini nədə görürsüz?
- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqləndi. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir. Son 4 oyunda yaratdığımız qol imkanlarından fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.
- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki oyunlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördüz?
- Ötən oyunda da Ramil mərkəzdə oynamışdı. Elə də böyük bir fərq görmürəm.
- Hər dəfə müxtəlif bəhanələrlə məğlubiyyətlərə "don geyindirirsiz". Sona 5 dəqiqə qalmış rəqib azlıqda idi, ancaq qapıya zərbə endirə bilmədiz. Sizə elə gəlmirmi ki, komanda artıq baş məşqçini qəbul etmir?
- Sizin fikrinizlə razı deyiləm. Sadəcə, son 5 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. Bizim daha çox qol imkanımız var idi, nəinki rəqibin.
- Öz fəlsəfənizi komandaya otuzdurmağa nə mane olur?
- Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi. Mən öz fəlsəfəmi də dəyişdim ki, dinamikanı artıraq. Hazırda fəlsəfənin, sistemin önəmi qalmır. Vacib olan bizim üçün qələbədir. Və hansı sistemlə, hansı fəlsəfə ilə olursa, qazanmaq lazımdır. Əvvəlcə fəlsəfəm daha çox topu saxlayan, rəqibə təzyiq edən komanda yaratmaq idi. Amma bu, turnir cədvəli üçün yaramır. Hazırkı situasiyada hər şey bizim əleyhimizədir. Nəsə edib, dinamikanı dəyişmək lazımdır.
- Qarşıda 15 günlük fasilə var. Vəziyyəti düzəltmək üçün bu vaxt kifayətdir?
- Cəhd edəcəyik, ancaq 7-8 futbolçumuz yığmanın düşərgəsində olacaq.(sport24.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar