Ruslan Qurbanov “qapıçı” oldu

Ruslan Qurbanov “qapıçı” oldu
ÖLKƏ FUTBOLU 8 Noyabr 2020 / 19:06 4071
-  A +

Azərbaycan Premyer Liqasının 9-cu turunda bir qədər əvvəl başa çatan “Sabah” – “Zirə” oyununun sonunda maraqlı olay yaşanıb.

Qol.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Mateus Albino matçın 90+1-ci dəqiqəsində vaxtı uzatdığına görə ikinci sarı vərəqə ilə meydandan qovulub.

“Zirə”nin əvəzləmə limiti bitdiyindən qapıda komandanın hücumameyilli yarımmüdafiəçisi Ruslan Qurbanov dayanıb. O, bir epizodda rəqibin başla zərbəsini də dəf edib.

Xatırladaq ki, görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner