”Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, 55 yalı mütəxəssis vacib qələbə qazandıqlarını deyib:
- Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik. Bu günki oyunda bizə qələbə lazım idi. Ötən turda ağır məğlubiyyət almışdıq, uşaqları toparlamaq çox çətin idi. Bu gün birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci hissədə özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.
- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bu, bir qədər başadüşülən olmadı...
- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynamışdı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəlmişdim.
- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Sizinlə razıyam. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar