"Azərbaycan qardaş ölkədir. Onların yanındayıq və bu, hər zaman belə olacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Sivasspor"un futbolçusu Uğur Çiftçi UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Meydana qələbə üçün çıxacağıq. Yaxşı oynayan qalib gələcək. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq və bunun davamını növbəti matçlarda gətirəcəyik" - deyə o bildirib.
Təcrübəli müdafiəçi bundan əvvəlki görüşlərdə məğlub olmalarına baxmayaraq, ruhdan düşmədiklərini və "Qarabağ"la oyuna dönüş nöqtəsi kimi baxdıqlarını söyləyib: "Biz bütün matçlarda meydana 3 xal üçün çıxırıq. Yaxşı oynadığımız matçlarda uduzmaq bizi məyus edir. Açığı, qrafik sıx olduğundan üzülməyə vaxt olmur. Vəziyyəti düzəltməyə çalışırıq. "Qarabağ"ı hər iki oyunda udsaq, üstünlük bizə keçəcək. Sabahkı oyun qələbəmizin başlanğıcı ola bilər. Keyfiyyətli komandamız var. Yuxarı yerlər uğrunda mübarizə apara bilərik".
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar