"İddiamızı davam etdirmək üçün hər xal bizim üşün önəmlidir. Hər zaman deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik".
Qol.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Türkiyə klubunun çalışdırıcısı sabahkı oyunda ancaq qələbə haqda düşündüklərini bildirib: "İki oyunda 4 qol vurmuşuq. Deməli, qol vura bilirik. Sabahkı matçda yalnız qələbə haqqında düşünürük. Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik. Öz komandama güvənirəm və hər şey qaydasında getsə, bu qrupdan çıxacağımıza inanıram".
57 yaşlı mütəxəssis bu turnirdə hakimlərin onların əleyhinə bir neçə qərar verdiyini də qeyd edb: "Heç vaxt hakim səhvlərindən qələbə qazanmamışıq. Amma Türkiyədə eyni səbəbdən uduzduğumuz görüşlər olub. İki turda da bizim əleyhimizə penalti veriblər. Hakimin kim olacağının fərqi yoxdur. "Makkabi" ilə görüşə çox itkilərlə çıxmışdıq. Onların 12 ehtiyat oyunçuları var idi, bizdə isə 5 idi. Pis oynadığımızı düşünmürəm. Sabahkı görüş milli komandanın oyunu qədər önəmlidir. Çox oyunçu zədəlidir və bəzi oyunlarda problemlə üzləşirik. Əlimizdəki oyunçulardan istifadə edəcəyik".
Xatırladaq ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar