Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"un heyətində ciddi itkilər var.
Qol.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçunun qarşıdakı matçı buraxacağı dəqiqdir. Sol ayaq əzələsində yırtıq aşkarlanan ispaniyalı yarımmüdafiəçi Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sağ dizində problem yaranan ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və əzələsi yırtılan kapitan Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib.
Digər zədəli Marselo Qoyanonun müalicəsinin başa çatdığı və komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.
Ayağından əməliyyat olunmuş qabonlu müdafiəçi Aaron Appindanqoenin də müalicəsində sonuncu mərhələ başlayıb. Bu iki futbolçunun da "Qarabağ"la oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar