"Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdür, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoruyub saxlaya bilmərik. Futbolçular səbr və düzgün oyun intizamıyla mübarizə apardılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan (6:1) sonra mətbuat konfransında deyib.
- Psixoloji yorğunluğu üzərinizdən ata biləcəksiniz?
- Hər bir qələbə futbolçulara və mənə böyük inam, istək verir. Psixoloji maneəni aşmaq üçün qələbələr lazım olur. Avroliqadakı məğlubiyyətdən sonra futbolçular məyus idi. Məşq etməyə də çox vaxtımız olmadı. Bu gün oyundan əvvəl də futbolçularla söhbətim oldu. Həqiqətən, qələbə bizim üçün çox vacib idi. Avroliqa oyunlarında psixoloji problem olur. Nə qədər hər şey qaydasındadır desəm də, yenə də futbolçuların fikirləri qarışıq idi.
- "Sivasspor"la oyuna istədiyiniz heyətlə çıxa biləcəksiz?
- Xayme Romero isinmə hərəkətləri zamanı əzələsində ağrılar hiss etdi və biz də risk etmədik. Sabah durumu daha dəqiq bilinəcək. Zədəlilər sağalsa da, optimal formalarını bərpa etmək çətin olur. Belə davam etsə, 2-3 oyundan sonra futbolçular daha hazır olacaqlar. Zədəlilərin qayıtması məni sevindirir, əlimdə futbolçu ehtiyatı artacaq. "Sivasspor"un önünə daha hazır futbolçularla çıxacağıq.
- Emil Balayev hələ də özünü tam göstərə bilmir. Ona nə mane olur?
- Qol buraxdığına görə yox, hücumu başladığı üçün əsəbləşdim. Futbolçular tam yerləşməmiş oyunu başlatdı. Belə hallarda daha təcrübəli olmaq lazımdır. Ümumi götürsək, 90 dəqiqə özünü yaxşı göstərdi. Tək Emilə yox, 1-2 futbolçuya da etirazımı bildirdim. Düşünürəm ki, bunların faydası olacaq. O qol epizodunun da faydası oldu.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"