AFFA liqaların startını təxirə saldı

AFFA liqaların startını təxirə saldı
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2020 / 17:19 1492
-  A +

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqalarda 2020/2021-ci illər mövsümünün başlaması ləngiyəcək.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17-23 oktyabrda keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları təxirə salınıb.

Buna Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasına görə tətbiq etdiyi məhdudiyyətlər səbəb olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner