"Qarabağ" güclü komandadır" - Rza Çalımbay

"Qarabağ" güclü komandadır" -  Rza Çalımbay
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2020 / 16:20 7097
-  A +

"Qrupumuz yaxşı görünür. İnşallah, bu qrupdan çıxacağıq. Ancaq asan rəqiblər deyil".

Qol.az xəbər verir ki, bu sözləri Avopa Liqasında "Qarabağ"la bir qrupa düşən "Sivasspor"un baş məşqçisi Rza Çalımbay deyib.

Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında "Qarabağ"ın güclü komanda olduğunu bildirib: "Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".

Xatırladaq ki, bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner