Azərbaycan milli komandasının futbolçusu, hazırda İspaniyada “Albasete” klubunda oynayan Eddi İsrafilov Daqlığ Qarabağda baş verən hadisələrə münasibət bildirməkdən imtina edib.
Qol.az xəbər verir ki, “azerisport.com”un bununla əlaqədar hazırladığı yazıda qeyd edilib ki, saytın müxbiri cəbhədə baş verənlərin Avropadan necə görünməsi və futbolçunun bununla bağlı nə düşünməsi ilə əlaqədar E.İsrafilovla əlaqə saxlamaq istəyib. Eddinin adından saytın suallarına onun əslən Azərbaycandan olan anası İradə İsrafilova cavab verib. Cavab təəccüblü olub.
“Biz neytral ərazidə yaşayırıq və o, (Eddi İsrafilov – red.) siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır? O, matçlara gedir, bütün İspaniyanı gəzir və bir gün bir erməni ilə yolu kəsişəcək. Eddi dedi ki, İnstaqramdakı səhifəsində orduya dəstək məqsədilə hansısa şəkilli bir söz paylaşacaq. Amma siyasətə dair heç bir müsahibə verməyəcək”.
Qeyd edək ki, Eddi 2015-ci ildən Azərbaycan millisinə cəlb olunub. Onun atası anqolalı, anası isə azərbaycanlıdır. Qeyri-rəsmi məlumata görə, futbolçunun yığmamızda oynaması üçün AFFA tərəfindən yüzminlərlə avro pul xərclənib. Amma İsrafilovun millimizə heç vaxt faydası dəyməyib. Bir tək İsrafilova xərclənən pullarla Azərbaycanda bu gün vətəni üçün canından keçməyə hazır olan yeniyetmələrin timsalında neçə-neçə səviyyəli futbolçular yetişdirmək olardı. Bütün bunlara baxmayaraq, Eddi milliyə çağırılmaqda davam edib. Amma koronavirus pandemiyasına bəhanə edərək bu ilin sentyabrında Millətlər Liqasında millimizin oyunlarına gəlməkdən imtina edib (Dmitri Nazarov kimi). İndi isə o, formasını geyindıyi Azərbaycan millisinə, bu millinin təmsil etdiyi dövlətə, xalqa və orduya dəstək verməkdən imtina edib və xalqımızın bu çətin anlarında hətta ermənilərlə ailəvi dostluq etdiklərini açıq şəkildə etiraf edib.
Əslində Eddi kimilərinin Azərbaycana dönük çıxacağı təəccüblü də deyil. Çünki onun Azərbaycana bağlılığı sadəcə fakt olaraq mövcuddur: mənəvi olaraq isə bu futbolçunun bizə münasibəti hər zaman yalnız pulun üzərində qurulub. Amma təəccüblüdür ki, AFFA ondan heç vaxt əl çəkməyib və milliyə yararsız futbolçunu komandaya dəvət etməkdə davam edib. Ümid edək ki, federasiya Edddinin heç olmasa, vətənimizə, xalqımıza bu dönük və nankor münasibətindən sonra onun üçün milli komandanın qapılarını birdəfəlik bağlayacaq...
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"