"Ağır oyuna hazırlaşırıq. Klubumuzun vəzifəsi Qarabağ adını həmişə ucalara daşımaq olub. Bu gün biz də öz cəbhədə mübarizə aparacağıq. Səfər oyununda isə çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək".
Bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Polşada "Legiya"ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi matça çox yaxşı hazırlaşdıqlarını bildirib. Qarayev kollektivdə motivasiyanın da yüksək olduğunu vurğulayıb: "Qələbə qazanmaq niyyətindəyik. Bəlkə də qələbəyə ən çox ehtiyac duyduğumuz andır. Bu, indiki durumda bizə çox lazımdır. Rəqib barədə yetərincə məlumatımız var. Yalnız oyun gününü gözləyirik. Allahın izni ilə qələbə qazanmaq və hər kəsə sevinc bəxş etmək istəyirik".
Təcrübəli oyunçu cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardımçı olmaq istədiklərini bildirib: "Nəinki meydanda, meydandan kənardakı addımlarımız da ordumuz və əsgərlərimiz üçündür. Hər işimizdə dövlətimizə, ordumuza faydalı olmaq istəyirik. Düşünürəm ki, bütün futbolçular bu ruhda və əzmdədir. "Legiya" ilə matçda kimin qol vurmasından asılı olmayaraq, bütün niyyətimiz əsgərlərimizin, dövlətimizin və azarkeşlərimizin qəlbini oxşamaqdır".
Qarayev doğulduğu Kənd Horadizin işğaldan azad olunmasından da danışıb: "Mən bir çox müsahibəmdə kəndimlə bağlı danışmışam. Hətta bir dəfə Albaniyadan gələn jurnalistə demişdim ki, sən məni başa düşə bilmərsən. Mənə sual verdi ki, niyə? Dedim ki, doğulduğum yerə gedə, həmin yerləri ziyarət edə bilmirəm. Mən 28 ildir ki, səfərdə idim. Bakının mənə bu qədər yad olmasını heç vaxt hiss etməmişdim. Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm. Biz şəxsi istəklərimiz üçün bu dövlətdə yaşamırıq. Mənim kəndimin işğaldan azad olunması o demək deyil ki, digər topraqlarla bağlı münasibətimiz sakit olacaq. Mənim torpağım başlayır Şuşadan, Xankəndindən. Bizim ordumuz, dövlətimiz Şuşanı, Xankəndini geri qaytaranda kəndimin azad olunmasını bayram kimi qeyd edəcəyəm. İnanıram ki, bu da gerçəkləşəcək".
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək (sportnet.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu