"Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 48 yaşlı mütəxəssis vurğulayıb ki, Ermənistan sülh danışıqlarında iştirakdan imtina etdiyi üçün vəziyyət bu həddə çatıb: "Çox istərdik ki, torpaqlarımız sülh yolu ilə geri qayıtsın. Əfsuslar olsun, düşmən tərəf bunu başa düşmədi və sonda Ali Baş Komandan belə qərar verdi. Başqa çıxış yolu qoymadılar. Şükürlər olsun ki, Ordumuz uğurla irəliləyir. Bəlkə də, torpaqlarımızın çox hissəsi alınıb. İnanıram ki, qısa zamanda hamısını işğaldan azad edəcəyik".
Təcrübəli baş məşqçi insan itkilərinə görə üzüldüyünü vurğulayıb: "Amma müharibə bunsuz mümkün deyil. Belə şeyləri hamımız göz qabağına gətirməliyik. Hamımız onların yanında olmağı çox istərdik. Ruhən onlarla birlikdəyik. Allah əsgərlərimizi qorusun. Torpaqlarımız tezliklə işğaldan azad olunsun".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq (Report).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu