"Çox gərgin və maraqlı oyun oldu. Çempionatda əzmkar oyunların şahidi oluruq. Bəlkə də son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı oyun sərgilədi".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
O, penaltini Davit Volkova tapşırmasını belə izah edib: "Klesio Bauk da penalti vuran futbolçulardandır. Bauk, Volkov və Ruslan Qurbanova penaltiləri həvalə edirik, məşqlərdə onlar yerinə yetirir. Oyundan əvvəl qərar vermişdim ki, penaltini Davit vuracaq. Qərarı dəyişmək də riskli olardı. Kimisə fərqləndirmək istəmirəm. Hamı mübarizə apardı və öz işlərini meydanda görməyə çalışdılar. Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq. Mənim üçün hələ ki, əsas və ehtiyat heyət yoxdur. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular ki, zədədən təzə qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Çalışıram ki, futbolçulara qarşı ədalətli olum. Ali Sesay da bu gün müdafiədə etibarlı çıxış etdi".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu