“Hazırda “Qarabağ”da 4 zədəli oyunçu var. Bunlar Abdullah Zubir, Xayme Romero, Mahir Emreli və Rahil Məmmədovdur”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahinov bildirib. O qeyd edib ki, R.Məmmədovun qarşıdakı matçları buraxacağı dəqiqləşib. Əzələ ağrıları olan Zubir və Xayme Romero hələlik fərdi məşqlər edirlər və ümumi hazırlıqda iştirak etmirlər. Onların sabah Premyer Liqanın 4-cü turunda “Sumqayıt”la səfər matçında iştirak edib-etməyəcəyi bilinmir.
Mahir Emreliyə gəlincə, gənc hücumçu Norveç “Molde”si ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin görüşündə zədəli halda olsa belə, meydana çıxıb: “O, həmin oyunlarda iştirak üçün reabilitasiya keçmişdi. Amma zədəli oynamışdı, hazırda onun zədəsi ağırlaşıb".
Bəs, Zubir, Romero və Mahirin oktyabrın 1-də Avropa Liqasının pley-off matçında iştirakı realdırmı? N.İbrahimovun bu suala cavabı belə olub: “Hazırda bizim fikrimiz sabah “Sumqayıt”a qarşı keçiriləcək oyuna yönəlib. Pley-off matçına qədər isə hələ vaxt var və indidən bu haqda nəsə söyləmək zamanı qabaqlamaq olardı”.
Xatırladaq ki, "Qarabağ" pley-off-da “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu