“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ” ilə matçdan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. “Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var”.
- Say üstünlüyünə malik olsanız da, bunu qola çevirə bilmədiniz. Nə çatmadı?
- Qol imkanlarımız oldu. Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım. Bu zaman özümdə narahatlıq olur. Heç bir mane yox idi. Sadəcə, top qapıya girmirdi. İlk hissədə "Qəbələ"nin qol imkanları bizdən çox oldu.
- Con Kamaranın əvəzlənməsi nə ilə bağlı idi?
- Taktiki gediş oldu. Hücumameyilli oyunçu buraxdıq. Yeni transferimizə imkan yaratdıq. Kamaraya 2 gün məşq proseslərində son 15 dəqiqədə istirahət verirdik. Çünki ayağında ağrılar var idi. Bu gün elə bir şeylə yadda qalmadı.
- Nədənsə bir əvəzləmə etdiniz...
- Ehtiyatdakıların hamısı müdafiəçilər idi. Yalnız bir gənc hücumçu vardı. Xəzər Mahmudov özünü itirə bilərdi. Oyunumuz da pis getmirdi. Bu zaman niyə əvəzləmə edəsən?
- Cavid İmamverdiyev bu qısa zamanda niyə gəlmişdi, niyə getdi?
- Cavidi ilk dəfə əsas heyətdə oynatmışam. Bu, "Karvan"da olub, əvəzedicidən gətirmişdim. Potensiallı futbolçudur, ona oynamaq lazım idi. Ancaq bizə gələnə qədər zədələri oldu. Özü xahiş etdi ki, gedim. Buna pis baxmadım, yollarımızı ayırdıq.
- Son 4 oyunda 1 qol...
- Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar gedir. Alınsa, bir həftəyə gələcək. Ancaq onu da nəzərə alaq ki, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Qol vurmamışıqsa, bu, pisdir. (Sport24.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu