“Oyun maraqlı alındı. Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Heyətinə görə “Keşlə” ön pillələrdə gedə biləcək komandadır. “Sabah”la görüşdən sonra komandanı qələbəyə hazırlayırdıq və üç xal qazanacağımıza inanırdıq”.
Qol.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda “Keşlə” oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. O, komandasından razı qaldığını bildirib:
“Oyunun keyfiyyətinə gəlincə, çox razıyam. Meydanda istədiyim komandanı görə bilirəm. İnanıram ki, oyunlar getdikcə hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyik. Nikolas Raysel bizim üçün önəmli futbolçulardan biridir. Futbol emosiyalar oyunudur. Qırmızı vərəqəni də emosiyalarla bağlayardım. Onunla danışıqlarımız olacaq və belə halların təkrarlanmayacağına ümid edirəm. İkinci hissədəki oyunu fiziki hazırlıqla əlaqələndirməzdim. Azlıqda qalandan sonra mövqe vermədiksə, hazırlıqda problem yoxdur. İlk yarıda dominant futbol göstərməyə çalışdıq, oyunu pressinqdə qurmuşduq. Komandanın ikinci hissədəki çıxışı normaldır. Getdikcə daha yaxşı olacağına inanıram. Rafael Utziq iki gündür bizə qoşulub. Ona uyğunlaşmaq üçün vaxt lazımdır”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu