Fəaliyyətini dayandırmış “Bakı” Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb.
Qol.az xəbər verir ki, görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da keçirilib.
Xatırladaq ki, Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”ın futbolçusu kimi Arda bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub.
Təxminən yarım saat davam edən görüş zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıblar, keçmiş xatirələri bölüşüblər.
Görüşdən sonra Arda Turan bunları deyib: “Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz başqandan hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land fire of Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.
Xatırladaq ki, "Qalatasaray" Bakı Olimpiya Stadionunda keçirilən görüşdə "Neftçi"ni 3:1 hesabı ilə udaraq mərhələ adlayıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu